Almaniyada yaşayan azərbaycanlı rəssam vəfat etdi

Almaniyada yaşayan azərbaycanlı rəssam vəfat etdi
Oxunma sayı: 1449

Almaniyada yaşayan azərbaycanlı rəssam Gündüz Əlizadə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, dostlarının sosial şəbəkə hesabında yazdığına görə, rəssam dekabrın 9-da uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, G. Əlizadə “Kirpi” və  “Gənclik” jurnallarında, müxtəlif qəzetlərdə karikaturaları ilə tanınırdı. Uzun zamandır Almaniyanın Tier şəhərində yaşayan rəssamın Berlində “20 Yanvar” hadisələrinə, vətənə həsr olunmuş sərgiləri nümayiş olunub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi