Almaniyadakı səfirlik bəyanat yayıb

almaniyadaki-sefirlik-beyanat-yayib
Oxunma sayı: 858


“Qafqazinfo”nun məlumatına görə, bəyanatdan deyilir, cari ilin 1 avqust tarixindən etibarən Almaniya mətbuatında Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin intensiv pozulması ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinə dair gündəlik məlumatlar dərc olunur. Mətbuatın diqqətini nəzərə alaraq Azərbaycanın Almaniyadakı səfirliyi “Azərbaycan silahlı qüvvələri provokasiyalara məruz qaldı” başlıqlı bəyanat yayıb. Bəyanatda cəbhə bölgəsində baş verən hadisələrə dair XİN-in Mətbuat Xidmətinin yaydığı məlumata istinad edilib və XİN-in internet səhifəsindən həmin məlumatın linki verilib.

Bəyanatın sonunda Dağlıq Qarabağ bölgəsi və münaqişəsi haqqında qısa arayış verilir.