Almaniyadan gündə 35 litr süd verən inəklər gətirilib

almaniyadan-gunde-35-litr-sud-veren-inekler-getirilib
Oxunma sayı: 6460

Bu barədə «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətin (ASC) şöbə müdiri Kamil Şamilov məlumat verib. «Aqrolizinq» ASC-nin xətti ilə Almaniyadan gətirilən südlük mal-qara «Aqrolizinq» ASC-nin Gəncə Regional Təchizat bazasına yerləşdirilib. Kamil Şamilov deyir ki, yeni gətirilən damazlıq heyvanlar gün ərzində 35 litr süd verirlər.

Damazlıq mal qaranın alınmasında vəsaitin yarısı dövlət hesabına ödənilir. Yerdə qalan hissəni təsərrüfat sahibləri 3 il müddətinə lizinq yolu ilə ödəyəcəklər.

Azadlıq Radiosu