“Almaniyanın məğlubiyyətindən sonra bu qələbə dəyərlidir”

almaniyanin-meglubiyyetinden-sonra-bu-qelebe-deyerlidir
Oxunma sayı: 2551

İsveçin baş məşqçisi Yanne Andersson DÇ-2018-in F qrupunda Cənubi Koreyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, 55 yaşlı mütəxəssis qələbənin dəyərindən danışıb:

"Çoxlu epizod yaxaladıq və növbəti oyunlarda daha keyfiyyətli olacağımıza inanıram. Cənubi Koreyanın ən yaxşı futbolçusu qapıçısı idi. Almaniyanın məğlubiyyətindən sonra bu 3 xal bizim üçün qrupda çox dəyərli oldu".

İsveç qrupda ikinci oyununu xalı olmayan Almaniyaya qarşı keçirəcək. Görüş iyunun 23-də baş tutacaq.