Almaniyanın Türkiyədəki səfiri yenə XİN-ə çağırıldı - Gərginlik davam edir

almaniyanin-turkiyedeki-sefiri-yene-xin-e-cagirildi
Oxunma sayı: 1047

Almaniyanın Ankaradakı səfiri Martin Erdmann bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirin XİN-ə çağırılmasının səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Erdmann dünən də nazirliyə çağırılmışdı. Türkiyə XİN Köln şəhərində PKK tərəfdarlarının 16 sentyabrda “Kürd festivalı” keçirməsi ilə bağlı narahatlığını ifadə etmiş və terrorçuluğun təbliğinə icazə verilməsini qınamışdı.

Qeyd edək ki, son aylarda Almaniya və Türkiyə arasında diplomatik gərginlik artıb.