Almanlar Dini Komitəni məhkəməyə verdi - Pula görə

almanlar-dini-komiteni-mehkemeye-verdi-
Oxunma sayı: 1059

Bakı şəhəri “Yevangelist-lüteran Dini İcması” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, dini icma komitədən onlara maddi yardım verilməsini tələb edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılan işdə icmanın iddiası rədd edilib.

Qərardan apellyasiya şikayəti verilib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatına verilib. Proses martın 30-da davam etdiriləcək.

Qeyd edək ki, “Yevangelist-lüteran Dini İcması” 1994-cü il noyabrın 2-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İcmanın üzvləri əsasən alman əsilli vətəndaşlardır.

Murad Əhməd