“Almeydanın “Astana”da aylıq məvacibi minimum 80 min dollardı”

almeydanin-astanada-ayliq-mevacibi-minimum-80-min-dollardi
Oxunma sayı: 1552

“Qazaxıstanda legionerlərin qazancıyla bağlı məlumatlara tələbat yetərincə böyükdü. Problem ondadır ki, bu informasiya Qazaxıstanda məxfidi və dəqiq rəqəmləri çətin ki kimsə deyər. Ancaq onu deyə bilərək ki, bizdə legionerlər ayda 10 min dollardan aşağı məvacib almırlar. Bu da Premyer Liqamızın ən kasıb klublarında oynayan əcnəbilərə aiddir”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Qazaxıstanın tanınan idman saytlarından olan Sports.kz-ın baş redaktoru olan Aleksandr Strelnikov bildirib.

O, ötən ilin ikinci yarısında “Astana”da çıxış edən millimizin futbolçusu Riçard Almeydanın maddi qazancını misal çəkib: “Yayda "Qarabağ"dan "Astana"ya gələn Almeydanın Qazaxıstan məvacibi səsləndirilərək bunun ildə 1 milyon dollar olduğunu bildirirdlər. Bu informasiyaya inansaq, maaş ayda minimum 80 min dollardı”
 
Qeyd edək ki, “Astana” qış fasiləsində Almeydanı “Qarabağ”a 1 illiyə icarəyə verib.