Alp Kırşan qəza keçirdi - Fotolar + Video

alp-kirsan-qeza-kecirdi
Oxunma sayı: 2185

Bodrumda istirahətdə olan tanınmış aparıcı Alp Kırşan qəzaya uğrayıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, aparıcı motosikleti ilə qaldığı məkanın həyətinə girərkən şlaqbaum bağlanıb.

Dəmir qoruyucuya çırpılan aparıcı yerə yıxılıb, dodağı partlayıb.

A.Kırşan fotosunu sosial mediada paylaşıb və hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.

Hadisənin baş verdiyi anın görüntüsünü təqdim edirik: