Alpinistlərimiz zirvəyə qalxır

alpinistlerimiz-zirveye-qalxir
Oxunma sayı: 646

Marşrut 5B mürəkkəblik kateqoriyasındadır, buzlaq və qayalıqlardan keçir. İdmançılar bir neçə gün Pamir yaylasında (6500 m.) qalmalı, sıldırım tillərlə zirvəyə dırmanmalıdırlar. Onlar yüksəklik, seyrək hava, şaxta və güclü küləklə üzləşə bilər.

Ötən həftə alpinistlər digər Pamir yeddiminliyini – Korjenevski zirvəsini (7105 m.) fəth ediblər. Üç gün istirahətdən sonra komanda daha mürəkkəb zirvəyə qalxmağa başlayıb ki, bu da 5-7 gün davam edəcək. Avqustun 19-dək ilkin hava proqnozu yaxşıdır. Bu barədə Turan-a Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu məlumat verib