Alsunu yox, 16 yaşlı pianoçunu seçdilər... - Yenilənib

alsunu-yox-16-yasli-pianocunu-secdiler
Oxunma sayı: 2457

Rusiyanın birinci kanalı “Eurovision” mahnı müsabiqəsində səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, iştirakçılara Rusiyadan veriləcək səsləri elan etmək son zamanlar gündəmdən düşməyən Alsuya həvalə edilib.

O, qaydalara əsasən, final gecəsi münsiflərin verdiyi balları canlı efirdə səsləndirəcək. 

Bununla da birinci kanal Alsunun böyük qızı Mikellanın “Səs uşaqlar” müsabiqəsində qalmaqallı qalibiyyətini dəstəkləmiş olub. 

***

Ümumrusiya Dövlət Televiziya və Radio Şirkəti açıqlamasında Alsunun “Eurovision”da səsləri elan edəcəyi xəbərini təkzib edib. Qeyd olunub ki, sözügedən missiya Alsuya yox, 16 yaşlı musiqiçi İvan Bessonova həvalə olunub.