Alsunun qızının qələbəsi Rusiyada qalmaqal yaratdı - “Birinci kanal” nəticəni araşdırır

alsunun-qizinin-qelebesi-rusiyada-qalmaqal-yaratdi
Oxunma sayı: 5032

Rusiyanın tanınmış müğənnisi Alsu ilə bankir Yan Abramovun 10 yaşlı qızı Mikellanın “Səs.Uşaqlar” yarışmasının qalibi seçilməsi ölkədə qalmaqal yaradıb.

“Qafqazinfo” xəbər verir ki, Mikellanın ötən gün baş tutan finalda ən çox – 61,8 faiz tamaşaçı səsi toplayaraq ad gününə üç gün qalmış yarışmanın qalibi seçilməsi sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Tamaşaçıların böyük bir qismi Mikellanın bu qələbəyə layiq olmadığını, səsvermənin ədalətsiz keçirildiyini bildirib. Bəziləri isə yarışmanın finalının “alındığını” yazıblar. 

Artıq Rusiyanın “Birinci kanal”ı yarışmanın final nəticələrini yoxlamaq qərarı alıb. Kanalın mətbuat xidməti bildirib ki, səsvermə zamanı bəzi anomallıqlar qeydə alınıb. Ancaq detallı yoxlamadan sonra nəticə çıxarmaq olar. 

Münsif heyətində əyləşən müğənni Svetlana Lobodanın prodüseri bəyan edib ki, müğənni və onun bütün komandası yarışmanı tərk etməyi planlaşdırır: “Mən çox şey deyə bilərdim, lakin susuram. Bütün fanatlarımızı ancaq bir şeyə səsləyirəm: uşaqların günahı yoxdur. Onları mühakimə etməyin. Düşünürəm ki, bizim üçün “Səs” tarixi başa çatdı”. 

“Birinci kanal”ın aparıcısı, yumorist Maksim Qalkin də baş verənlərə biganə qalmayıb: “Mən nəticələrdən şokdayam. İlk dəfədir ki, bu əhvalda yarışmanı başa vururam”.