Alt paltarda qaçan kişinin meyiti tapıldı

alt-paltarda-qacan-kisinin-meyiti-tapildi
Oxunma sayı: 641

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, təxminən 40-45 yaşında olan kişi meyiti çürümüş vəziyyətdə olub. Meyit bu gün Yeni Suraxanı qəsəbəsi ərazisində beton qırıntılarının içərisindən sakinlər tərəfindən aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri və xəsarət izləri olmayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, əlil olduğu aşkar görülən mərhum təxminən 4-5 gün əvvəl qəsəbə ərazisində alt paltarında ora-bura qaçırmış. Onun hərəkətini ərazidəki azyaşlı uşaqlar görüblər. Bu gün uşaqlardan biri həmin kişinin yerdə uzandığını görüb, bu barədə valideynlərinə xəbər verib. Həmin əraziyə gələn valideyn yatan şəxsin öldüyünün və meyitdən qoxu gəldiyinin şahidi olub.

Faktla bağlı araşdırma aparılır.