Altı avtoritet azadlığa buraxıldı

alti-avtoritet-azadliga-buraxildi
Oxunma sayı: 648

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə cəzaların icrası, hüquqi yardım və probasiya nazirinin müavini Qriqol Qiorqadze bəyan edib.

Azadlığa çıxan “qanuni oğru”lar cinayət məcəlləsinin qüvvədə olan 223-cü maddəsinə uyğun olaraq Gürcüstan ərazisini tərk etməlidirlər. Bu səbəbdən də gürcü hökuməti kriminal avtoritetlərə ölkə ərazisini tərk etmək üçün 24 saat vaxt verib.

Qiorqadzenin sözlərinə görə, həmin şəxslər artıq uzun müddətdir ki, cəzalarını çəkirlər, bu səbəbdən də amnistiya onlara da şamil olundu.