Altı ayda 692 qeydiyyatdan keçməyən radioelektron vasitələr aşkarlanıb

alti-ayda-692-qeydiyyatdan-kecmeyen-radioelektron-vasiteler-askarlanib
Oxunma sayı: 639

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 692 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 214 ədədi möhürlənib, 3 ədədi silinib, 302 ədədi qeydiyyata salınıb, 173 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 55 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Nigar Məmmədli