Altı ayda 7 min boşanma olub

alti-ayda-7-min-bosanma-olub
Oxunma sayı: 646

2017-ci ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 153 nikah qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hesabat dövründə 7287 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 nəfər olub.

Bundan əlavə yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulmuş körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 nəfər təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır.

Qeyd edək ki, doğulan körpələrdən 1208-i əkiz, 27-si üçəmdir.