Altı min manata qədər cərimələnə bilərsiz

alti-min-manata-qeder-cerimelene-bilersiz
Oxunma sayı: 3089

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. “Qafqazinfo” xəbər  verir ki, bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb. 

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması)maddəsi əlavə edilir.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Bununla bağlı “Torpaqların münbitliyi haqqında” qanunda da “əkin yeri” anlayışı təsnif olunur.

Layihə səsə qoyularaq qəbul edilib. 

 Günel Türksoy