Altı qat dünya çempionuna həbs şoku

alti-qat-dunya-cempionuna-hebs-soku
Oxunma sayı: 651

Lent.az-ın “The Australian” qəzetinə istinadən verdiyi məlumata görə, 42 yaşlı sabiq idmançı 10 il avtomobil idarə etmək hüququndan da məhrum olunub.

İstintaq materiallarına əsasən Gürkan Ozkan Avstraliya paytaxtının küçələrində qeyri-leqal avtomobil yarışlarında iştirak edib, yol qaydalarını pozub. Sabiq dünya çempionunun avtomobilinin surəti bir neçə dəfə saatda 180 kilometri aşıb. Gürkan Ozkan avtomobilini işıqforun qırmızı işığında saxlamayıb, potensial təhlükə yaradıb. Onun avtomobili bir neçə dəfə başqa avtomobillərə də çırpılıb, yolda xaosun yaranmasına səbəb olub. Lakin xoşbəxtlikdən insan tələfatı olmayıb. Gürkan Ozkan günahını etiraf edib. Avstraliya qanunvericiliyinə əsasən Gürkan Ozkan 2 ildən sonra şərti azadlığa buraxılması barədə xahiş edə bilər.

Qeyd edək ki, Gürkan Ozkan Türkiyədə anadan olub, hazırda Avstraliyada yaşayır.