“Altılıq”da mübarizə başlayır

altiliqda-mubarize-baslayir
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu qarşılaşmalarla mövsümün final mərhələsinə start veriləcək. Peşəkar Futbol Liqasının rəsmi saytı XXIII turun cütlərinin əvvəlki çempionatlardakı oyunlarının balansını təqdim edib.

11 mart (bazar)
1-6-cı yerlər

“Qəbələ” (Qəbələ) - “Neftçi” (Bakı) +3=4-7, top fərqi – 9:20
15-cu duel ərəfəsində “Neftçi”nin üstünlüyü aşkar görünür. Lakin bakılılar son qarşılaşmada məğlub olub.

“Bakı” (Bakı) - “İnter” (Bakı) +13=6-9, top fərqi – 26:20
Paytaxtın eyniadlı təmsilçisi 29-cu dəfə qarşılaşacağı həmşəhərliləri ilə görüşlərdə üstünlüyə malikdir. Üstəlik cari mövsümün qarşılaşmalarında “İnter” xal qazana bilməyib.

“Qarabağ” (Ağdam) - “Xəzər Lənkəran” (Lənkəran) +8=4-8, top fərqi – 19:23
İlk “altlığ”ın digər 2 cütündən fərqli bu komandaların oyunlarında aşkar üstünlük qazanan tərəf yoxdur. “Xəzər Lənkəran” yalnız top fərqində rəqibindən öndədir. Qələbə sayındakı tarazlıq isə budəfəki matçda pozula bilər.
7-12-ci yerlər

“Turan” (Tovuz) - AZAL (Bakı) +2=5-9, top fərqi – 10:24
17-cu dəfə “Turan”la qarşılaşacaq AZAL artıq 10-cu dəfə rəqibini məğlub etmək əzmindədir. Şəxsi oyunlarda bakılılardan aşkar geridə olan meydan sahibləri bu fərqi azaltmağa çalışacaq.

“Sumqayıt” (Sumqayıt) - “Rəvan” (Bakı) +0=1-1, top fərqi – 0:1
Premyer Liqanın debütantları artıq 3-cü dəfə münasibətlərini ayırd edəcək. Meydan sahibləri hələ də qol vura bilmədikləri rəqibini ilk dəfə yenməyə çalışacaqsa, qonaqlar üstünlüyü artırmaq niyyətindədir.

“Simurq” (Zaqatala) - “Kəpəz” (Gəncə) +3=2-1, top fərqi – 10:8
Əvvəlki 5 qarşılaşmada rəqibinə uduzmayan “Simurq” ilk və yeganə məğlubiyyətindən cəmi 8 gün sonra bunun əvəzini çıxmaq şansı əldə edib. Qonaqlar isə ilk səfər qələbəsini də qazanaraq ümumi balansdakı fərqi minimuma endirmək arzusundadırlar.

Ceyhun Əhmədov