Altıncı da məlum oldu

altinci-da-melum-oldu
Oxunma sayı: 652

ANS PRESS-in məlumatına görə, Azərbaycanı 2012-ci ildə “Evrovision” mahnı müsabiqəsində təmsil etmək istəyən növbəti “9-luq” 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışıb. Həm münsif üzvlərinin, həm də tamaşaçıların səsverməsi ilə Adil Baxışlı həftənin birincisi olub.

Qeyd edək ki, seçim turlarında iştirak edən 72 iddiaçı ümumilikdə hər birində 9 nəfər olmaqla 8 qrupda yarışır. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi "Evrovision" mahnı müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.

İndiyədək Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov və Adil Baxışlıdan ibarət altı finalçı seçilib.

Milli seçimlərə iki həftədən sonra yekun vurulacaq.