Altıqat Azərbaycan çempionu dünyasını dəyişdi

altiqat-azerbaycan-cempionu-dunyasini-deyisdi
Oxunma sayı: 3539

Ötən gün Bakıda tanınmış azərbaycanlı bilyard ustası, 38 yaşlı Əmir Hüseynov ürək çatışmazlığından vəfat edib.

“Qafqazinfo”nun Oxu.az-a istinadən xəbərinə görə, bu barədə onun qardaşı, Dünya Gözəllik Konqresinin prezidenti Zamir Hüseynov məlumat verib.

Qeyd edək ki, beynəlxalq dərəcəli idman ustası Əmir Hüseynov piramida üzrə dünya çempionatında dördüncü yerin sahibi və altıqat Azərbaycan çempionu idi.