Amaliya Pənahova Elzanın yerinə münsif gəlib? - Açıqlama

amaliya-penahova-elzanin-yerine-munsif-gelib
Oxunma sayı: 2426

ARB TV-də yayımlanan “Xalqın şairi” müsabiqəsinin münsif kürsüsündən əməkdar artist Elza Seyidcahanın getməsi və yerinə xalq artisti Amaliya Pənahovanın gəlməsi barədə xəbər yayılıb.

“Qafqazinfo” mövzu ilə bağlı kanalın rəsmisi İsmayıl Həsənovla əlaqə saxlayıb.

O bildirib ki, A. Pənahova qonaq münsif kimi yarışmada iştirak edir:

“Bəli, doğrudur, amma yazıldığı kimi Elza xanımın yerinə gəlməyib. Layihənin strukturunda dəyişən münsif yeri var. Amaliya xanım da qonaq jüri kimi çəkilişlərdə iştriak edib”.