Amaliya Pənahovanın nəşi Təzəpirdə - Fotolar

amaliya-penahovanin-nesi-tezepirde
Oxunma sayı: 6950

Xəbər verdiyimiz kimi, bu gecə dünyasını dəyişən xalq artisti Amaliya Pənahovanın cənazəsi yuyulmaq üçün Təzəpir məscidinə gətirilib.

“Qafqazinfo”nun məsciddə olan əməkdaşlarının verdiyi məlumata görə, məscidə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov, aktrisanın dostları və qohumları gəliblər. 

Xalq artistinin yaxınları bu gün çəkiliş aparılmasına icazə verməyiblər. 

Qeyd edək ki, Amaliya Pənahovailə vida mərasimi sabah Akademik Milli Dram Teatrında baş tutacaq.

Elvin Elxan

Nuran Məmmədov