AMAY Abdullanın sevgilisinə güzəşt olunmadı

amay-abdullanin-sevgilisine-guzest-olunmadi
Oxunma sayı: 3228

Dələduzluqda təqsirləndirilən Aygün Akimova və tanışı İlham Baxışovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə qərar verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin icraatında olan prosesdə hökm dəyişdirilib.

Üç il azadlıqdan məhrum edilən İ.Baxışova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Akimovanın 12 illik cəzası isə qüvvədə qalıb.

 İttihama görə, A. Akimova özünü sahibkarlara Milli Təhlükəsizlik Nazirliyinin məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla vətəndaşların 1 milyon manat pulunu dələduzluq yolu ilə ələ keçirib. İ.Baxışov da onunla əlbir olmaqda ittiham edilir. Cinayət işində biznesmen “A.M.A.Y Abdulla” ləqəbli Abdulla Abdullayev də dindirilib. O, Akimova ilə sevgili olub.

İfadəsində isə Aygünün uşaqlarının atası olmasa da, sadəcə onlara öz soyadını verdiyini deyib.

Murad Əhməd