“Amazon” İtaliyaya 100 milyon avro ödəyəcək

amazon-italiyaya-100-milyon-avro-odeyecek
Oxunma sayı: 1177

“Amazon” şirkəti İtaliyaya vergi ödəməyi qəbul edib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, elektron ticarət nəhəngi “Amazon” 2011-2015-ci illərdə İtaliyada aparılan əməliyyatlara görə İtaliya Vergi İdarəsinə 100 milyon avro ödəyəcək.

Bir müddətdir Milan prokurorluğu tərəfindən aparılan araşdırma yekunlaşıb. Vergidən yayındığı sübut edilən “Amazon” şirkəti 100 milyonu ödəməyi qəbul edib.