“Amazon” şirkəti öz brauzerini təqdim etdi

amazon-sirketi-oz-brauzerini-teqdim-etdi
Oxunma sayı: 832

“Amazon” şirkəti “Internet” adlı mobil brauzerini təqdim edib. Proqramçılar əmin edirlər ki, “Internet” mobil brauzeri az sayda məlumatdan istifadə edir və yadda saxlayır, az yer tutur və internetə çıxış sürəti zəif olan qoşulmalar üçün optimallaşdırılıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, sözügedən mobil brauzeri “Google Play” mağazasından yükləmək mümkündür.

Hələ ki “Internet” mobil brauzeri Hindistanda yalnız “Android 5.0” və ondan yuxarı versiyaların idarəetməsi altında işləyən qurğularda əlçatandır.

Mobil proqram məxfi rejimə malikdir, yəni ki daxilolmaların tarixçəsi qeydə alınmır, əsas səhifədə isə kriket idman növü ilə bağlı xəbərlər göstərilir.

Qeyd edilib ki, “Internet” mobil brauzeri əlavə icazələr sorğulamır və ya başqa brauzerlər kimi fərdi məlumatları toplamır.