“Amazon”da rekord qırıldı

amazonda-rekord-qirildi
Oxunma sayı: 1545

Məşhur onlayn alış-veriş saytı “Amazon”da hər il keçirilən ənənəvi “Prime day”də bu il rekord qırılıb.

“Qafqazinfo” xəbər verir ki, 16 iyul gecə saatlarında başlayan və 18 iyulda bitən 36 saatlıq güzəştli alış-veriş zamanı 100 milyondan çox məhsul satılıb.

İstifadəçiləri tərəfindən oyuncaq, gözəllik məhsulları, kompüter və aksesuarları, geyim və mətbəx əşyaları kateqoriyalarının hər birində 5 milyondan çox məhsul alınıb.

Bu rekorddan sonra “Amazon” şirkətinin dəyəri 7 milyard dollar artaraq 902 milyard dollara çatıb. Həmçinin, şirkətin qurucusu Ceff Bezosun şəxsi sərvəti isə 150,2 milyard dollardan 152 milyard dollara yüksəlib.