““Amazon”un bir gün iflas edəcəyini düşünmürəm” - Ceff Bezos

amazonun-bir-gun-iflas-edeceyini-dusunmurem
Oxunma sayı: 1384

“Amazon” alış-veriş saytının sahibi və dünyanın ən varlı şəxsi Ceff Bezos şirkət iclasında işçilərdən birinin sualına verdiyi cavabla yenidən gündəmə gəlib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, o, “Böyük şirkətlərin iflasından hansı dərsləri çıxarmısınız?” sualına belə cavab verib:

““Amazon” uğursuz olacaq qədər böyük deyil. Əslində “Amazon”un bir gün iflas edəcəyini düşünmürəm. Böyük şirkətlərə baxsanız, yaşı 100 ildən çox olan şirkət yoxdur. Ortalama ömürləri 30 ildir”.

Bezos uğursuzluğu gecikdirməyin yolunun diqqəti müştərilərə yönəltmək olduğunu bildirib:

“Müştərilərin əvəzinə özümüzə daha çox diqqət ayırsaq, bu, sonun başlanğıcı olar”.

Qeyd edək ki, Bezosun sərvəti oktyabrda açıqlanan rəqəmlərə əsasən 128,1 milyard dollardır.