AMEA-da görkəmli alimin 110 illik yubileyi qeyd olunacaq

amea-da-gorkemli-alimin-110-illik-yubileyi-qeyd-olunacaq
Oxunma sayı: 647

Sentyabr ayında AMEA-nın  Folklor və Nizami Gəncəvi adına Ədəbiyyatinstitutlarının birgə təşkilatçılığı ilə folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilən “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” mövzusunda elmi konfrans keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə görkəmli alimin həyat və yaradıcılığından, folklorşünaslıq sahəsindəki əvəzolunmaz xidmətlərindən söhbət açılacaq. 

Qeyd edək ki, folklorumuzu sistemləşdirən, toplayan və Azərbaycanda folklorşünaslıq məktəbi yaradan professor Məmmədhüseyn Təhmasib Azərbaycan tarixinin, etnoqrafiyasının, toponiminin, coğrafiyasının mükəmməl bilicisi olub. Alimin apardığı elmi-tədqiqat işləri bu gün də Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli mənbədir.