AMEA-da yeni təyinatlar

amea-da-yeni-teyinatlar
Oxunma sayı: 3267

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
 
AMEA-dan “Qafqazinfo”ya verilən məlumata görə, öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin sərəncamlarına əsasən qurumun Geologiya və Geofizika İnstitutunun 80 illik və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyləri münasibətilə təltif olunmuş əməkdaşlara mükafatları təqdim edib.


Sonra A. Əlizadə Nazirlər Kabinetinin “AMEA-ya gənc alimlərin elmi tədqiqatlarını tamamlamaq üçün Avropanın nüfuzlu elmi tədqiqat müəssisələrinə göndərilməsi məqsədilə vəsait ayrılması barədə” sərəncamı haqqında məlumat verib və bu istiqamətdə müvafiq işlərin görülməsinə dair tapşırıqlarını verib.

Sonda kadr məsələlərinə baxılıb. Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova isə AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.