“Ameli” filminin aktyoru vəfat etdi

ameli-filminin-aktyoru-vefat-etdi
Oxunma sayı: 830

Fransız aktyor və rejissor Moris Benişu dünyasını dəyişib.

“Qafqazinfo” “La Croix” dərgisinə istinadən xəbər verir ki, o, 76 yaşında vəfat edib. Aktyorun ölüm səbəbi haqda məlumat verilmir. 

Benişu ailəli idi, bir qız övladı var.

Qeyd edək ki, M. Benişu tamaşaçılara “Ameli” (2001), “Paris” (2008) və s. filmlərdə yaratdığı obrazları ilə tanışdır.