Amerika Liviyaya savaş gəmiləri göndərdi

amerika-liviyaya-savas-gemileri-gonderdi
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, Pentaqonun belə bir addım atmasına səbəb kimi Benqazidə səfir də daxil olmaqla 4 amerikalı diplomatın öldürülməsi göstərilir.

Adları açıqlanmayan dövlət rəsmilərinə istinad olunaraq yayımlanan xəbərdə “USS Laboon” adlı gəminin artıq Liviya sahillərinə yola düşdüyü deyilir.

Rəsmilər raket daşınan gəminin xüsusi bir missiya üçün göndərilmədiyini, lakin təlimat verilərsə lazımı tapşırığın yerinə yetiriləcəyini bildiriblər.

Pentaqonun sözçüsü isə məsələyə münasibət bildirməkdən imtina edib.