Amerika səfirinin 1 Aprel zarafatı

amerika-sefirinin-1-aprel-zarafati
Oxunma sayı: 637

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2008-ci il 1 aprel tarixində ABŞ-ın Ankaradakı səfiri Ross Vilson öz imzası ilə Vaşinqtona göndərdiyi sənəddə Yargıtay baş prokuroru Əbdürrəhman Yalçınkayanın 31 martda “Dərin dövlətə” qarşı açdığı məhkəmə davasından bəhs edilib. Sənəddə Yalçınkayanın 41 səhifəlik iddinaməsində “Dərin dövlət”in rəsmi olaraq tanınmasını, ardınca qadağan olunmasını və 401 üzvünün türk siyasətindən beş illik kənarlaşdırılması əksini tapıb: “Bu hərəkət çox təəccübləndiricidir, çünki Yalçınkaya Ergenekon əməliyyatında saxlanılan bəzi isimlər, Türkiyə Baş qərargah rəhbəri Yaşar Büyükanıt, keçmiş prezident Ahmet Necdet Sezer, 71 prokuror və hakim, əks cinsin paltarlarını geyinən televiziya ulduzu Bülent Ersoy və Türkiyənin “Merv Griffith”i İbo ilə birlikdə öz adını da bu 401 üzvün arasında göstərir.”

Sənədin sonunda isə Bülent Ersoyun makiyajsız mətbuat işçilərinə yaxalanması və ona qarşı açılmış məhkəmə iddiası ilə bağlı məsələyə münasibət bildirərək “Depresiya istisna olmaqla hər hansı bir “dərin” vəziyyətdə ola biləcəyimə ancaq 1 aprel zarafatına aldanan bir inanar” ifadəsini işlətdiyi qeyd olunub.

Səidə