Amerika şokdadır - 60 ölü+Video+Yenilənir

amerika-sokdadir-60-oluvideoyenilenir
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, partlayışda ən azı 60 nəfərin öldüyü deyilir. Yarallarının sayının isə 100-ə yaxın olduğu qeyd olunur.

Hələ ki, partlayışın ilkin səbəbləri açıqlanmır.

***
Milli.Az KHT-yə istinadən bildirir ki, Texas ştatındakı Ueyko şəhəri yaxınlığındakı Uestdə yerləşən gübrə zavodundakı partlayış nəticəsində şəhərdəki qocalar evi yerlə yeksan olub.

Yaralılardan 2 nəfəri əməliyyat olunur. 2 yaralı uşaq hospitala aparılıb.

Uest səhiyyə idarəsinin rəhbəri doktor Corc Smitin dediyinə görə, zavodda ikinci partlayış təhlükəsi olduğu üçün ətraf bölgələrdəki əhali təlxiyyə olunub.

Onlarla uestli dağılmış evlərin xarabalıqları altında qalıb.

Yerli KXXV telekanalının verdiyi məlumata görə, 5 yanğınsöndürən və 1 polis zabiti də həlak olanlar arasındadır.

Bu gün Ueyko şəhərində 76 kişi, qadın və uşağın həlak olmasından 20 il keçir.

1993-cü ilin aprelin 19-a Ueykoda "David qolu" adlı təriqətin lideri Devid Koreşin rəhbərlik etdiyi sektanın üzvləri "dünyanın sonuna" hazırlaşaraq intihar etmək fikrinə düşmüşdülər. Polis onlara mane olmağa çalışanda atışma başlanmış və sektanın 76 üzvü həlak olmuşdu.