Amerika yenidən vətəndaşlarına xəbərdarlıq etdi

amerika-yeniden-vetendaslarina-xeberdarliq-etdi
Oxunma sayı: 636

SalamNews-un “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə bazar günü Associated Press agentliyi məlumat yayıb.

Dövlət Departamnetinin rəhbərliyi Əlcəzairdə olan əməkdaşların qohumlarına lazım gələrsə, ölkəni tərk etməyə icazə verib. Xəbərdarlıq şənbə günü Əlcəzair ordusu İn-Amenas şəhəri yaxınlığında Tiqenturin neft qaz kompleksinin binasında 4 gün ərzində terrorçular tərəfindən saxlanılan girovların azad olunması üzrə əməliyyatı başa çatdırdıqdan sonra edilib.

Girovlar arasında, əsasən, Böyük Britaniya, Fransa, Norveç və ABŞ vətndaşları olub. Son məlumatlara əsasən, 650-dən çox insanı xilas etmək mümkün olub. Onların arasında təqribən 100 nəfər xarici vətəndaş var. Əməliyyat zamanı 23 girov həlak olub və 30-dan çox terrorçu məhv edilib.