Amerikadan Ukrayna ilə bağlı açıqlama gəldi- - Fotolar

amerikadan-ukrayna-ile-bagli-aciqlama-geldi-
Oxunma sayı: 2140



“Qafqazinfo” nun məlumatına görə, C.Karni bildirib ki, Ağ Ev Ukraynadakı qarşıdurmanın bir an öncə dinc məcraya yönəldilməsini vacib sayır: “Rəsmi Vaşinqton Ukrayna Silahlı Qüvvələrini hakimiyyət-müxalifət qarşıdurmasına qarışmamağa çağırır. Ağ Ev düşünür ki, problemi dinc yolla həll etmək imkanları hələ tükənməyib. Güc işlətməklə böhrandan çıxmaq mümkün olmayacaq. Güc işlədilməsin dərhal dayandırmaq, Ukrayna xalqının etirazlarına səbəb olan problemləri aradan qaldırmaq üçün qəti addımlar atmaq gərəkdir”.

Cey Karninin sözlərinə görə, rəsmi Vaşinqton Avropadakı tərəfdaşları ilə Kiyevdə qan tökülməsi üçün məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına, Ukraynanın bütövlüyünə və müstəqilliyinə yardım etməyə çalışır. Musavat.com