Amerikalı idmançı rusiyalı həmkarının üzünə tüpürdü - Video

amerikali-idmanci-rusiyali-hemkarinin-uzune-tupurdu
Oxunma sayı: 2647

Amerikalı boksçu Poli Malinyadci rusiyalı MMA (qarışıq döyüş növləri) döyüşçüsü Artyom Lobovun üzünə tüpürüb.

“Qafqazinfo” “TheMacLife”a istinadən xəbər verir ki, hadisə onların baş tutacaq görüşü münasibətilə təşkil olunan mətbuat konfransında yaşanıb.

Görüntülərdə hər iki döyüşçünün yüksək tonda danışdığı əksini tapıb. Mübahisənin kulminasiya nöqtəsi isə 38 yaşlı Malinyadcinin Lobova tərəf tüpürməsi olub. Buna səbəb rusiyalının amerikalını davamlı şəkildə barmaqlaması olub.

Qeyd edək ki, döyüşcülərin görüşü iyunun 22-də ABŞ-da keçiriləcək.