Amerikanı aksiyalar bürüdü - Fotolar

amerikani-aksiyalar-burudu
Oxunma sayı: 2042

Amerikalı bir qrup tələbə keçən həftə yaşanan silahlı hücuma etiraz olaraq aksiya keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gənclər Vaşinqtonda Ağ Evin qarşısına uzanaraq silah satışına nəzarətin artırılmasını tələb ediblər. Aksiya Florida ştatında da keçirilib. Belə ki, tələbələr Amerika Milli Tüfəng Dərnəyi (NRA)-nı hədəf alaraq pankartlarında “NRA, bu gün neçə uşaq öldürdün?” sloqanını yazıblar.

Problemlə bağlı Ağ Ev-in açıqlamasında isə bildirilib ki, prezident Donald Tramp silah satışına nəzarətin daha çox artırılması ilə bağlı təkliflərə müsbət yanaşır.

Xatırladaq ki, fevralın 14-də Florida ştatının Parkland şəhərində məktəbə edilən hücum nəticəsində 17 nəfər həyatını itirmişdi.

Ülviyyə