Amerikanı ata “viza” verməməkdə ittiham etdi

amerikani-ata-viza-vermemekde-ittiham-etdi
Oxunma sayı: 643

"Çeçenistanda "öz qanunlarına bəraət qazandırmaq üçün çeçen sufi ənənələri"nin təhrif olunması haqda iddiaları ciddi qəbul etmək lazım deyil. Dövlət Departamentinin nəyinə lazımdır ki, biz necə dua edirik? Biz dinimiz İslamın bütün tələblərinə ciddi şəkildə əməl edirik. Bunları da Amerikanın xoşuna gəlmək üçün deyil, müsəlman olduğumuz üçün edirik. Hətta komissiya gündə 100 dəfə məruzə yazsa belə, biz Qurani-Kərim və peyğəmbərimiz Muhəmmədin (s.ə.s) sünnələrini yerinə yetirəcəyik", - deyə Ramzan Kadırovun məsələ ilə bağlı açıqçlamasında bildirilir.

Eyni zamanda R. Kadırov ABŞ nəinki insan, hətta heyvanların hüquqlarını pozmaqda ittiham edib. Onun sözlərinə görə, atları Amerikaya gedəndə onlara mane olublar: "Atların yarışda iştirak etməməsi üçün hər şey etdilər. Yeganə məqsəd ən yaxşı qaçan atı irəli buraxmamaq idi. At qalib gəldi. İstəyirlər indi onu Amerikaya buraxmasınlar, "viza" verməsinlər"./anspress/