Amerikanın birinci xanımı yenə tənqid olundu - Fotolar

amerikanin-birinci-xanimi-yene-tenqid-olundu
Oxunma sayı: 6561

ABŞ-ın 47 yaşlı birinci xanımı Melaniya Tramp yenə də geyiminə görə tənqid atəşinə tutulub.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, prezident Donald Trampı Ağ Evdə keçirilən tədbirdə müşayiət edən Melaniya Tramp qırmızı rəngli çiçəkli yubka, eyni tonda ayaqqabı və ağ rəngli “sviter” geyinib.

Onun budəfəki tərzi də tənqidsiz ötüşməyib. Bir çox dünya KİV-i birinci xanımın “sviter”də olduqca seksual göründüyünü, bu cür geyimdən dövlət tədbirində istifadə edilməməli olduğunu diqqətə çatdırıblar.

Qeyd olunur ki, bu tip “sviter”ləri 1940-50-ci illərdə Merilin Monro və Ceyn Mensfild istifadə edib.