Amerikaya indi də qasırğa gəlir

amerikaya-indi-de-qasirga-gelir
Oxunma sayı: 1402

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, Karib dənizindən başlayan İrene qasırğası təhlükəsi dövlət rəsmilərini ayağa qaldırıb. Qasırğa Porto Rikoda bir nəfərin ölümünə səbəb olub.

İngiltərəyə aid Turks və Caicos adalarında həddindən artıq yağıntıya səbəb olan Irene qasırğası indi də Bahama adalarına doğru irəliləyir.

Şimal-qərb-Qərb istiqamətində irəliləyən qasırğanın, ABŞ-ın Mayami və Nyu-York xətti arasındakı sahil xəttini vurması gözlənilir. Irene qasırğasının ABŞ-ı vurmazdan əvvəl saatda 178 kilometr sürətə çataraq üçüncü yüksəliş mərhələsinə yetəcəyi təxmin edilir.

Amerika Federal Təcili Tədbirlər İdarəsi cənubdan yaxınlaşan qasırğaya görə ölkənin şərq sahillərinə təhlükələrə hazır olmağa çağırıb.

Irene qasırğasının zəlzələnin yaralarını sağaltmağa çalışan Haitini isə daha güclü vurması gözlənilir. Haitidə 11 mindən çox əhalinin daha etibarlı yerlərə köçürüldüyü xəbər verilir.