Amil Ağacanov “Simurq”da

amil-agacanov-simurqda
Oxunma sayı: 786

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda ötən mövsüm AZAL-da forma geyinmiş Amil Ağacanovla 2 illik rəsmi müqavilə imzalayıb. Təcrübəli əlcək ustası Zaqatala təmsilçisinin heyətində 35 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Amil karyerasının son iki mövsümünü AZAL-ın heyətində keçirdib və 19 oyunda meydana çıxıb. Bundan qabaq isə "Muğan"ın şərəfini qoruyub.