AMİP İctimai Palata ilə bağlı qərar verdi

amip-ictimai-palata-ile-bagli-qerar-verdi
Oxunma sayı: 634

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda AMİP Siyasi Şura üzvlərinin və partiya katiblərinin regionlara nəzərdə tutulan səfərləri və növbəti il üçün yerli təşkilatların qarşısında duran vəzifələrlə bağlı müzakirələr aparılıb, səfərlərin qrafiki təsdiqlənib. İclasda ölkədəki ictimai-siyasi vəziyət, həmçinin AMİP-in İctimai Palata ilə münasibətləri və Koordinasiya Şurasına seçkilər məsələsi müzakirə olunub və qərar qəbul olunub.

Ötən müddət ərzində müxalifət partiyalarının daha geniş spektrinin bir yerdə olmasına nail olunmadığı səbəbindən AMİP Siyasi Şurasının AMİP-in İctimai Palatada fəaliyyətinin dayandırılması ilə bağlı 18 aprel 2011-ci il tarixli qərarı qüvvədə saxlanılıb və bu baxımdan da İctimai Palatanın Koordinasiya Şurasına seçkilərdə İctimai Palatada təmsil olunan AMİP üzvlərinin namizəd qismində iştirakı məqsədəmüvafiq hesab edilməyib.

Siyasi Şura bir daha bəyan edib ki, AMİP müxalifət partiyalarının, ictimai birliklərin, bitərəf ziyalıların birgə əməkdaşlığının təmin olunması istiqamətində fəaliyyətini davam etdirməklə İctimai Palatada təmsil olunan və olunmayan bütün siyasi təşkilatlarla bu istiqamətdə danışıqlar prosesini davam etdirəcək.