“Amnesty international” Fransani tənqid etdi

amnesty-international-fransani-tenqid-etdi
Oxunma sayı: 633

"Amnesty İnternational" təşkilatı "erməni genosidi"ni inkara görə cəza verilməsi barədə qanun qəbul edən Fransa Senatına etiraz bildirirək, bunun ifadə azadlığını təhdid etdiyini bildirib.

Mərkəzi Londonda olan təşkilatdan verilən şərhdə qeyd olunub ki, "soyqırımı inkar edənlərə bir il həbs cəzası və 45 min avro pul cəzası verilməsi" ehtiva olunan qanun ifadə azadlığını cinayət əhatəsinə daxil edəcək.

Təşkilat bildirib ki, beynəlxalq insan haqqları hüququnun ayrıca, dövlətlərin ayrı-seçklik, düşmənçilik və şiddətə təşviq edən milli, irqi və dini nifrətin aşılanmasını önləməsi lazım olduğu halda, həmin qanun bunun əksinə səbəb ola bilər.

Şərhdə "Amnesty İnternational" təşkilatının Avropa və Orta Asiya regionu üzrə direktoru Nicola Dukvorfun sözlərinə yer verilib: "Bu qanun tətbiq olunsa Fransanın ifadə azadlığının dəstəklənilməsi mövzusundakı beynəlxalq öhdəçiliyinə tərs düşəcək. İnsanlar bu mövzudakı fikirlərini ifadə etməkdə azaddır - Fransada da, Türkiyədə də, başqa yerdə də".

musavat.com