“Amnesty International” Rafiq Tağı barədə bəyanat yaydı

amnesty-international-rafiq-tagi-barede-beyanat-yaydi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda
2006-cı ildə İran ruhanisinin yazıçı və jurnalist Rafiq Tağının ölümünə fətva verməsi və bu günlərdə həmin ruhaninin oğlunun yazıçının öldürülməsini alqışlamasının bir daha İranın Cinayət Məcəlləsində islahatların aparılmasının vacibliyinə işarə olduğunu qeyd edib. Təşkilat İran hakimiyyətini qətlə təhrik edən bu cür ölüm fitvalarına qarşı çıxmamaqda ittiham edib.

Təşkilat, həmçinin İranda qüvvədə olan İran Cinayət Məcəlləsinin 226-cı maddəsinə də toxunub. Həmin qanuna əsasən şəxslər o zaman edam olunur ki, “öldürülən şəxs ölümə layiq olmasın”. Ölüm fitvalarından isə bir növ məhkəmə prosesləri zamanı müdafiə üsulu kimi istifadə olunduğu qeyd olunub. Bunu əsas gətirərək «Amnesty International» 226-cı maddəni Cinayət Məcəlləsindən çıxarmağa çağırıb. Təşkilat, həmçinin İran hakimiyyətini Azərbaycana istintaq prosesində yardım etməyə çağırıb.

Səidə