Ana 7 yaşlı oğlunu bıçaqladı, baba infarkt keçirdi

ana-7-yasli-oglunu-bicaqladi-baba-infarkt-kecirdi
Oxunma sayı: 3129

Kiprdə 39 yaşlı Bilge Lord  7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb.

"Qafqazinfo"nun Türkiyə KİV-nə istinadən məlumatına görə, hadisə Lefkoşada baş verib.  Qəfildən əsəb sarsıntısı keçirən ana oğlu Ercan Kayanı yatdığı yerdə bıçaqlayıb. Cinayətdən sonra özünü də öldürmək istəyən Bilgeni atası Tahir Lord saxlayıb.

Nəvəsinin cəsədini və qızını yaralı halda görən baba infarkt keçirərək dünyasını dəyişib. Bilge Lord xəstəxanada müalicədən sonra həbs edilib.