Ana iki uşağı xilas etmək istədi, üçü də boğuldu - Masallıda dəhşətli hadisə

Ana iki uşağı xilas etmək istədi, üçü də boğuldu
Oxunma sayı: 5139

Masallının Miyənkü kəndində göldə üç nəfər batıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, onlar Miyənkü kənd sakini, 1981-ci il təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmşir oğlu Zamanov və V. Kərimovanın qardaşı oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimovdur.

Məlumata görə, V. Kərimova ailəsi ilə birgə Masallıya istirahətə gəlib. Uşaqlarla dincəlmək üçün isə göl kənarına gedib. Göldə çimən uşaqların boğulduğunu görən V. Kərimova onları xilas etməyə çalışarkən özü də batıb.

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi