Ana imtahan verdi, onlar isə... - Fotolar

ana-imtahan-verdi-onlar-ise
Oxunma sayı: 1667

Müəllimlərin İşə Qəbulu imtahanında 8 minə yaxın şəxs imtahan verib.

“Qafqazinfo” xəbər verir ki, ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanda iki gün ərzində 8 minə yaxın şəxs iştirak edib. 

Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. İmtahanlar avqustun 5 -dək davam edəcək. 

Bu imtahanda iştirak edən müəllimlər test suallarını cavablandırarkən onları gözləyən yaxınlarının maraqlı fotolarını təqdim edirik: