Ana körpəsi ilə özünü maşından atdı - Ağstafada qəza

ana-korpesi-ile-ozunu-masindan-atdi
Oxunma sayı: 4465

Ağstafa rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, qəza zamanı 1990-cı il təvəllüdlü Nərmin Osmanova qucağındakı 1 yaşlı oğlu ilə birgə özünü maşından yerə atıb.

Müxtəlif  bədən xəsarətləri alan qadın övladı ilə birgə xəstəxanaya yerləşdirilib. Onlardan N.Osmanovanın vəziyyətinin orta-ağır, övladının vəziyyətinin isə normal olduğu bildirilir.
Hazırda qəzanın səbəbləri araşdırılır.