Ana oğlunun spirtli içki içməsinə etiraz etdi, bıçaqlandı

ana-oglunun-spirtli-icki-icmesine-etiraz-etdi-bicaqlandi
Oxunma sayı: 2083

Göygöldə bıçaqlanma olub. 

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, M. Yusibova oğlu tərəfindən bıçaqlanıb. Belə ki, M. Yusibova oğlu 1998-ci il təvəllüdlü Zaur Əsgərovun spirtli içki içməsinə etiraz edərkən, sonuncu tərəfindən bıçaqlanıb. 
 
Faktla bağlı araşdırma aparılır.