Ana olduqdan sonra podiuma çıxmayacağı deyilirdi, əksi oldu - Fotolar

ana-olduqdan-sonra-podiuma-cixmayacagi-deyilirdi-eksi-oldu
Oxunma sayı: 3524

Bir müddət öncə ilk dəfə ana olan dünya şöhrətli rus model İrina Şeykin “Nyu-York moda həftəsi”ndə podiuma çıxmayacağına dair yayılan xəbərlər öz təsdiqini tapmayıb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı model Adriana Lima, Brend Li, Elza Hosk, Teyan Teylor və digər həmkarları ilə dizayner Philip Pleinin yeni kolleksiyasını nümayiş etdirib. 

Qeyd edək ki, bu, İ. Şeykin ana olduqdan sonra podiuma ilk çıxışıdır.

Xatırladaq ki, İrina Şeykin qızı Lea de Sen 2017-ci il martın 21-də dünyaya gəlib. Uşağın atası aktyor Bredli Kuperdir.